Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pakistanda qaz stansiyasına hücum: 10 nəfər öldü

23 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pakistanın Hayber Paxtunxva əyalətində bir qrup silahlılar qaz stansiyasına hücum edib.

Press.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində hərbiləşdirilmiş qüvvənin 4 nəfəri, özəl mühafizənin isə 2 nəfəri həlak olub.

Səlahiyyətlilər hücum edənlərin ərazidəki günəş elektrik stansiyasına da zərər verdiyini bildiriblər.

İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Taliban tərəfindən planlaşdırılır və idarə olunur. Əfqanıstan isə bu iddiaları rədd edir.

Qeyd edək ki, son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

Oxşar xəbərlər
OTACI