Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peru parlamenti Meksika prezidentinin də “persona non grata” elan edilməsinə səs verib

23 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Peru Konqresinin (parlamentinin) Xarici əlaqələr komissiyası Meksika Prezidenti Andres Manuel Lopez Obradorun Cənubi Amerika respublikasının hakimiyyətini tənqid etdiyinə görə “persona non grata” elan edilməsinə səs verib.

Bu barədə parlamentin “Twitter” səhifəsində deyilir.

Təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya Prezidenti Qustavo Petronu da arzuolunmaz şəxs elan edib.

Bundan əvvəl Lopez Obrador Peru Prezidenti Dina Boluarteni qəsbkar adlandırıb və bir daha bəyan edib ki, Mexiko Sakit Okean Alyansına sədrliyi Limaya ötürməyəcək. Meksika liderinin sözlərinə görə, keçmiş dövlət başçısı Pedro Kastilyo ədalətsiz olaraq vəzifəsindən uzaqlaşdırılıb, Boluarte isə hakimiyyətə qanunsuz gəlib.

Oxşar xəbərlər
OTACI