Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Politico”: Çinin ABŞ-dakı yeni səfiri mayın 23-də Vaşinqtona gedə bilər

23 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin xarici işlər nazirinin müavini Se Fen bu ölkənin ABŞ-dakı səfiri vəzifəsini icra etmək üçün mayın 23-də Vaşinqtona səfər edə bilər.

Pres.az “Report”-a istinadla  xəbər verir ki, bu barədə bazar ertəsi “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Pekin Tayvanla bağlı vəziyyət, kontinental ABŞ üzərində Çin şarının görünməsi və çətin ticarət mühiti səbəbindən iki ölkə arasında yaranana gərginliyin azaldılmasında maraqlıdır.

ABŞ Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi diplomatın gəlişi ilə bağlı sorğuya cavab verməyib.

Oxşar xəbərlər
OTACI