Rusiya təhsil nazirinin müavini Pyotr Kuçerenko təyyarədə dünyasını dəyişib.
Press.az Haber Global-a istinadən xəbər verir ki, Kubaya rəsmi səfərlə bağlı nümayəndə heyəti ilə görüşlər keçirən Rusiya təhsil və elm nazirinin müavini Pyotr Kuçerenko qayıdış zamanı təyyarədə qəflətən xəstələnib.
Uçuş heyətinin müdaxilə etdiyi rus bürokrat dünyasını dəyişib.
Rusiyaya endikdən sonra təyyarədən cansız bədəni çıxarılan 46 yaşlı Kuçerenkonun ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.