“Zəfər Partiyası”nın sədri Ümit Özdağ “ATA İttifaqı”nın Prezident Seçkilərində namizəfi olmuş Sinan Oğanın ikinci turda “Cümhur İttifaqı”nın namizədi, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyinə dair açıqlamasına münasibət bildirib.
Press.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ümit Özdağ bu qərarın sadəcə Sinan Oğana aid olduğunu, “ATA İttifaqı”nın ortaq qərarı olmadığını vurğulayıb:
"Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu açıqlama "Zəfər Partiyası"nı təmsil etmir. "Zəfər Partiyası" adından açıqlamanı sabah saat 11-də mən edəcəm”.