Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saxta pasportla Almaniyaya qaçmaq istəyən iranlı müğənni saxlanıldı - FOTO

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə "Siam" adı ilə mahnıları yayımlanan və  1 milyondan çox baxış toplayan İran əsilli Siamək Şabdel Borhan həyat yoldaşı ilə birlikdə saxlanılıb.

Press.az DHA-ya istinadla xəbər verir ki, Türkiyədə yaşamaq icazəsi olan iranlı müğənni Siamək Şabdel Borhan və həyat yoldaşı Sahar Heidrizad Qezeljeh qeyri-qanuni yollarla Almaniyaya getməyə çalışıb.

Eyni anda həm Berlinə, həm də İrana gedən təyyarəyə bilet alan cütlük yoxlanışdan rahat keçiblər.

Daha sonra Berlin təyyarəsinin yerləşdiyi istiqamətə gedən müğənni Borhan və həyat yoldaşı çantalarındakı saxta Kolumbiya və Böyük Britaniya pasportlarını məmurlara göstərib.

Addımları anban təhlükəsizlik kameraları ilə izlənilən cütlüyün dayandırılması əmri verilib.
İranlı müğənninin həyat yoldaşı yaxalandıqdan sonra polisin əlindən qaçıb,  polis müğənni Borhana isə  zalda əyləşərək gözləməyi tapşırıb.

Daha sonra ərazidən uzaqlaşan müğənni həyat yoldaşı ilə telefonda danışıb.

Berlinə qaçış planları baş tutmayan cütlük əllərindəki digər biletlərlə İran təyyarəsinə miniblər. 

Türkiyə polisi cütlüyü yaxalayıb və onlar polis idarəsinə aparılıb.

Oxşar xəbərlər
OTACI