Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 863 nəfərə çatıb.
Press.az "Report-a istinadla " xəbər verir ki, bu barədə yerli “Əl-Hədah” telekanalı məlumat yayıb.
Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində indiyədək 3531 nəfər yaralanıb.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.