Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayden Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv edir

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları yumşaldacağını və ya ləğv edəcəyini etiraf edib.

Press.az TASS-a istinadən xəbər verir ki, o, bunu "Böyük Yeddiliy"in (G7) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu, hazırda müzakirə olunur", - deyən Bayden məhdudiyyətlərin qaldırılması və ya yüngülləşdirilməsi ilə bağlı suala cavabında qeyd edib ki, ABŞ Pekinin hərbi potensialını gücləndirmək üçün istifadə edə biləcəyi materialların və texnologiyaların ötürülməsinə qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil.

Bundan əvvəl məlum olub ki, Pentaqonun rəhbəri Lloyd Ostin iyunun əvvəlində Li Şanfu ilə görüş planlaşdırdığını açıqlayıb. Çin isə görüş üçün müraciətləri rədd edib, imtina səbəbi kimi ABŞ-ın mövcud məhdudiyyətləri göstərilib.

Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib.

Oxşar xəbərlər
OTACI