Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BMT Komissiyası Aral dənizi proqramına dair qətnamə qəbul edib

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə BMT-nin Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək üçün qətnamə qəbul edib.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının yekunlarına əsasən, bu komissiyanın “Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.

Nazirliyin məlumatında ​​aydınlıq gətirilir ki, komissiya çərçivəsində Türkmənistanın təşəbbüsü ilə irəli sürülən bu ilk qətnaməyə Beynəlxalq Aralın Xilas olunması Fondunun təsisçiləri olan dövlət başçılarının sammitinin nəticələri daxildir.

Qeyd edək ki, sammit 2018-ci il avqustun 24-də Türkmənbaşı şəhərində keçirilib, həmçinin BMT-nin Aral dənizi hövzəsi üçün xüsusi proqramının hazırlanması üzrə beynəlxalq məsləhətləşmələr olmuşdu.

Oxşar xəbərlər
OTACI