İstanbul Rami Kitabxanasında gənclərlə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla gənc universitet tələbəsinin dialoqu hər kəsi güldürüb.
Press.az xəbər verir ki, evlənmək istədiyini deyən gənc prezidentdən 150 min lirəlik evlilik paketi vədinin bir an əvvəl həyata keçirilməsini tələb edib.
"Sevdiyim qızın atası da sizi çox sevir. Mənim üçün elçi gedərsinizmi?”,-deyə gənc oğlanın prezidentə sualı da hər kəsin gülüşünə səbəb olub.