Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna zərərsizləşdirilmiş İran dronlarının sayını açıqladı

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Rusiyaya məxsus 4 ədəd “Şahid” PUA-larının vurulduğunu açıqlayıb.

Press.az xəbər verir ki, bu barədə HHQ teleqramda məlumat yayıb.

Bildirilib ki, mayın 20-də axşam saatlarında “Vostok” hava komandanlığının məsuliyyət zonasında şərq istiqamətində düşmənin dörd hücum PUA-sı “Şahid-136/131” məhv edilib.

Dronlar saat 21:00-00:00 arasında zərərsizləşdirildiyi vurğulanıb.

Qeyd edək ki, “Şahid” kamikadze dronları İran istehsalıdır. Bu silahdan Rusiyanın Ukraynaya hərbi təcavüzündə “Geran” adı ilə geniş istifadə olunur. Bununla belə, Tehran hökuməti bu dronların Rusiyaya tədarükünü təkzib etməkdə israrlıdır.

Oxşar xəbərlər
OTACI