Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniyanın daxili işlər naziri istintaqa cəlb oluna bilər

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman müxalifət partiyalarının nümayəndələrinin tələbi ilə sürət həddinin aşılması işi üzrə istintaqa cəlb oluna bilər.

Press.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Leyboristlər və Liberal Demokratlar Baş nazirin nazirlərin maraqları üzrə müşaviri Lori Maqnus tərəfindən hadisələnin araşdırılmasını tələb ediblər. Qaydalara əsasən, Baş nazir Rişi Sunak etika üzrə məsləhətçisinə Leyboristlərin iddiasını araşdırmaq üçün göstəriş verməli olacaq.

Qeyd olunub ki, Braverman 2022-ci ilin iyulunda sürət həddini aşdığına görə cərimələndikdən sonra şəxsi sürücülük kursu təşkil etmək xahişi ilə tabeliyində olanlara müraciət edib.

Məsələ burasındadır ki, kursu keçmək Bravermana cərimə xallarının hesablanmasından yayınmağa imkan verəcək. Müxalifət isə nazirin bu hərəkətlərini vəzifəsindən sui-istifadə kimi qiymətləndirib.

Oxşar xəbərlər
OTACI