Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Meksikada avtomobil yarışı zamanı atışma: sürücülər həlak oldu

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Meksikanın Cənubi Kaliforniya ştatında naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində on yarış sürücüsü həlak olub, daha doqquz nəfər yaralanıb.

Press.az xəbər verir ki, bu barədə Meksika Baş Prokurorluğunun bəyanatına istinadən “Fox8” telekanalı məlumat yayıb.

Naməlum şəxslərin Ensenada bələdiyyəsindəki yanacaqdoldurma məntəqəsinə atəş açdığı bildirilir. İlkin məlumatlara görə, boz mikroavtobus yarış iştirakçılarının avtomobillərinin dayandığı yanacaqdoldurma məntəqəsinə yaxınlaşıb və oradan avtomat silahlarla silahlanmış naməlum şəxslər atəş açıb.

Atışma nəticəsində on nəfər hadisə yerində ölüb, daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.

Oxşar xəbərlər
OTACI