Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran-Pakistan sərhədində toqquşma olub, ölən və yaralananlar var

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı altı iranlı sərhədçi ölüb.

Press.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub.

Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar. Terrorçu birləşmənin sıralarında, agentliyin məlumatına görə, itkilər də var, lakin onların dəqiq sayı verilmir.

Oxşar xəbərlər
OTACI