Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KİV: Bayden Yaponiya və Cənubi Koreya liderlərini görüşə çağırıb

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Cozef Bayden Koreya Respublikası və Yaponiya liderləri Yun Sok-Yol və Fumio Kisidanı Vaşinqtonda növbəti üçtərəfli görüşə dəvət edib.

Press.az xəbər verir ki, bu barədə yüksəkrütbəli ABŞ rəsmisi bildirib.

Bildirilib ki, Amerika lideri belə bir dəvəti Hirosimada Yeddilik Qrupu (“G7”) sammiti çərçivəsində keçirilən üçtərəfli görüş zamanı edib.

“Yonhap” agentliyinin məlumatına görə, liderlərin hazırkı danışıqlarda Koreya yarımadasının nüvə problemi və təchizat zəncirlərində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir. Son üçtərəfli sammit altı ay əvvəl Kambocada baş tutub.

Xatırladaq ki, Yaponiya bu il “G7”yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada Qrupun sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.

Oxşar xəbərlər
OTACI