Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Klintondan QORXULU PROQNOZ: "Bu, Ukraynanın sonu olacaq"

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"ABŞ-da prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi Ukraynanın və Amerika demokratiyasının sonu deməkdir".

Press.az xəbər verir ki, bunu keçmiş dövlət katibi Hillari Klinton deyib.

"Əgər Tramp 2024-cü ildə qalib gəlsə, bu, Birləşmiş Ştatlarda demokratiyanın sonu olacaq. Bu, Ukraynanın sonu olacaq. O, bizi NATO-dan çıxaracaq", - o, deyib.

"Trampın əsas rəqibi, hazırkı ABŞ prezidenti Co Baydenin yaşı seçicilərin düşünmək hüququ olan məsələdir", - qəzet Klintondan sitat gətirib.

Xatırladaq ki, 2016-cı ildə Hillari Klinton prezident seçkilərində Trampa uduzmuşdu. Bundan sonra dövlət başçısı Rusiya ilə əlaqələrdə ittiham olunub. İstintaq əsas və dəlil olmadığı üçün bağlanıb. Lakin FTB Klintonun qərargahının yalanlarını öyrənməkdən imtina etdi.(publika.az)

Oxşar xəbərlər
OTACI