Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-dan Ukraynaya 375 milyon dollarlıq yeni yardım paketi - SİYAHI

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi ehtiyacları ödəmək üçün əlavə yardım elan edib.

Press.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Dəyəri 375 milyon dollara qədər olan yardım əlavə təsdiq prosesləri olmadan Müdafiə Nazirliyinin anbarlarından Ukrayna üçün avadanlığın çıxarılmasına imkan verən xüsusi prezident səlahiyyətindən istifadə etməklə verilir.

Yeni paketə daxildir:

“HIMARS” (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) üçün əlavə sursat;
155 mm və 105 mm-lik artilleriya mərmiləri;
optik izləmə, idarə olunan (TOW) raketlər;
“Javelin” və “AT-4” tankəleyhinə sistemləri;
lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
məhvetmə üçün sursat;
zirehli körpü sistemləri;
zirehli sanitar maşınları;
ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular;
logistika təminatı texnologiyası;
termal görüntüləmə sistemləri;
ehtiyat hissələri və digər sahə avadanlıqları.
“Birləşmiş Ştatlar Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli təhlükəsizlik yardımı ehtiyaclarını ödəmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək”, - Pentaqonun bəyanatında bildirilib.

Məlumata görə, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ABŞ artıq Ukraynaya 36,9 milyard dollardan çox hərbi yardım edib. Bu, Kiyevi dəstəkləmək üçün vəsaitlərin tezliklə tükənə biləcəyi ilə bağlı qorxuları artırıb.

Lakin son günlər məlum olub ki, ABŞ Müdafiə Nazirliyində hərbi texnikanın dəyərinin uçotunda yol verilən səhvə görə bu rəqəm ən azı üç milyard şişirdilib.

Oxşar xəbərlər
OTACI