Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstan Prezidenti Rusiyaya uçuşlara görə “Georgian Airways”ə qarşı boykot elan edib

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya uçuşlara görə “Georgian Airways”ə qarşı boykot elan edib.

Press.az “Report” -a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı brifinqdə bildirib.

Zurabişvili bəyan edib ki, Gürcüstanın “Georgian Airways” aviaşirkətinin Rusiya Federasiyasına uçuşlara başlaması səbəbindən bundan sonra onun xidmətlərindən istifadə etməyəcək.

"Mən özüm üçün "Georgian Airways"ı qarşı boykot elan edirəm və sizi ona qoşulmağa çağırıram. Bu, varlanmaq üçün dövlətdən istifadə edən şirkətdir. Əvvəlki hakimiyyət dövründə də belə idi”, - Zurabişvili deyib.

Oxşar xəbərlər
OTACI