Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyandan erməni kilsəsinə sərt reaksiya: “Kilsə siyasi fəaliyyət göstərmək istəyirsə, o zaman partiya yarada bilər”

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət və kilsə bir-birinə qarışanda bundan təhlükəli bir şey yoxdur, dövlət öz işini, kilsə də öz işini görməlidir.

Press.az xəbər verir ki, bunu  baş nazir Nikol Paşinyan məktəblilərlə görüşündə şagirdlərdən birinin dövlət-kilsə münasibətləri necədir sualına cavab verərkən deyib.

Baş nazirin sözlərinə görə, onların prinsipi ondan ibarətdir ki, kilsə ilə münasibətlər Ermənistan Konstitusiyası və qanunvericilik çərçivəsində qanuni olmalıdır. “O zaman belə bir vəziyyət yaranır. Əgər kilsə siyasi fəaliyyətə başlamaq istəyirsə və Ermənistan demokratik ölkədirsə, o zaman kilsə bunu edə bilər. Heç nə onlara partiya yaratmağa və onun çərçivəsində siyasi fəaliyyət göstərməyə mane olmur. Düşünürəm ki, bu, seçicilərə də daha ədalətli olacaq, eyni zamanda onlar digər siyasi rəqiblərlə eyni səviyyədə olacaqlar”, -  Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, kilsə dövlətdən yüksək ola bilməz.

Oxşar xəbərlər
OTACI