Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ekspertdən iddia: Sinan Oğan Ərdoğanı dəstəkləyəcək, o artıq qərarını verib

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sinan Oğan bu gün, ya da  sabah qərarını açıqlayacaq.

Press.az xəbər verir ki, belə bir iddia ilə siyasi ekspert Ferhat Murat “Tv100”nin proqramında mayın 28-də Türkiyədə keçiriləcək seçkilərin ikinci turu ilə bağlı müzakirələr zamanı çıxış edib.
“Sinan Oğan Rəcəb Tayyib Ərdoğanla bugünkü toplantıdan sonra sabah  (yəni mayın 20-də-red) “Cümhur İttifaqı”na dəstək verdiyini açıqlayacaq. Çox güman ki, sabah olmasa da, ertəsi gün  dəstək verdiyini açıqlayacaq. O, öz fikrini açıqlayacaq”, - siyasi ekspert açıqlayıb.

Ekpsert onu da bildirib ki, Sinan Oğan  bu dəstəyi əvəzində  “Cümhur İttifaqı” qarşısında hər hansı bir vəzifə əldə etmək məsələsini irəli sürməyəcək: “İstənilən vitse-prezidentlik, nazirlik və  hər hansı digər siaysi bazarlıq olmayacaq. 5 faiz səs verənin böyük  bir qismi millətçilərdir. Türkiyənin təhlükəsizlik məsələsi bir müzakirə mövzusudursa,  o zaman şəxsi siyasi ambisiya məsələsi arxa plana keçəcək.  Belə bir məqamda  hər hansı  məqam və  mövqe ilə bağlı siyasi bazarlaşma olmayacaq”.

Müzakirələrdə iştirak edən digər ekspert Şaban Sevinç isə hesab edir ki “Cümhur İttifaqı”nı dəstəkləməsi qərarı Sinan Oğanla Ümit Özdağ arasında  fikirayrılığına səbəb  ola bilər. “Amma bunu indidən demək tezdir”,- o qeyd edib.

Oxşar xəbərlər
OTACI