Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kılıçdaroğlu Ərdoğanın keçmiş silahdaşını özünə baş müşavir təyin etdi - FOTO

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

14 may seçkilərindən sonra CHP-də  işdən çıxarılma, istefa və yeni təyinatlar prosesi davam edir. CHP lideri Kamal Kılcdaroğlunun partiyada yeni təyinatları arasında
Keçmiş AKP-çi, vəkil Cevdet Nasıranlı da var.

Press.az “haber7”yə istinadən xəbər verir ki, Nasıranlı bir zamanlar AKP üzvü olub və artıq bir müddətdir CHP üzvü kimi fəaliyyət göstərir. O 2019-cu ildə AKP-dən Diyarbəkirdə bələdiyyə seçkilərində namizəd olub.

Nasıranlı CHP-nin  Şərq Masası Koordinasiyasında çalışmış və mayın 14-də Diyarbəkirdən 4-cü millət vəkili namizədi olub. 

Kılıcdaroğlu  mayın 18-də imzaladığı sənədlə  deputat seçilən Cevdet Nasıranlıya yeni vəzifə verib.

Bununla bağlı Kamal Kılıçdaroğlunun imzası ilə Cevdet Nasıranlıya tapşırıq məktubu  göndərilib. Məktubda deyilir: “Sizin CHP-nin “Siyasi işlər və seçki təbliğatı” üzrə “prezidentin baş müşaviri” vəzifəsinə təyin olunmağınız məqsədəuyğun hesab edilib”.

Oxşar xəbərlər
OTACI