Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Güney Azərbaycanda May qiyamı niyə baş verdi? - VİDEO

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2006-cı il may ayının 22-də Güney Azərbaycan ərazisində sonradan Xordad, yəni May qiyamı adını almış və milli oyanışın möhtəşəm nümayişinə çevrilmiş kütləvi etirazlar baş verdi.

Press.az xəbər verir ki, rəsmi “İran” qəzetində dərc olunmuş təhqiramiz karikaturaya etiraz kimi başlanan mitinq və yürüşlər hakim rejimi əməlli-başlı silkələdi.

Doğrudur, rejim əvvəlcə gücünü göstərməyə çalışdı, azərbaycanlıların dinc nümayişlərinə divan tutdu, daha öncə Xuzistanda ərəblərin, Sistan və Bəlucistanda bəlucların hərəkatını ABŞ, İsrail və İngiltərənin ayağına yazdığı kimi, bu hadisələri də dırnaqarası “islam inqilabı düşmənlərinin işi” kimi qələmə verdi.

Amma sonra, necə deyərlər, bu hənanın o hənadan olmadığını görüb geri çəkildi, intonasiyasını dəyişdi, qəzet rəhbərliyini və rəssamı cəzalandırıb Azərbaycanın və azərbaycanlıların şəninə təriflər yağdırmağa başladı.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

Oxşar xəbərlər
OTACI