Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın sonu gələndə insanlar necə davranacaq? - Maraqlı tədqiqat

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cənubi Koreyanın Pai Chai Universitetindən professor Ah Reum Kang və komandası "Dünyanın sonu gələndə insanların davranışları necə olacaq" sualına cavab vermək üçün tədqiqat aparıblar. Tədqiqat 26-cı Beynəlxalq World Wide Web konfransında təqdim edilib. 

Press.az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov yazıb. O, oyunun nəticələrinin insanın "sonluq" psixologiyası ilə əlaqəsini belə təsvir edib:

"Deməli, bizim alimlər onlayn oynana biləcək bir RPG kompüter oyunu yaradıblar. RPG o deməkdir ki, sizə oyunu istədiyiniz kimi oynamaq şansı verir. Oyundakı qərarları və seçimləri siz edirsiniz. 270 milyon insan bu oyunu oynamağa başlayıb, oyunun dünyasında zaman keçiriblər, missiyalar yerinə yetiriblər, özlərinə müəyyən əşyalar alıb, oynayaraq onların səviyyəsini yüksəldiblər və s. Amma bir məsələ var ki, oyun 11 həftə sonra "cloud"dan silinəcək, dolayısıyla bütün oyunçuların personajları və keçdikləri levellər yox olacaqdı. Bunu oyunçular da bilirdi. 11-ci həftəyə gələndə qəribə bir şey olmağa başlayıb. Oyunu oynayanların əksəriyyəti missiya keçməyi dayandırıb, oyunun açıq dünyasında özü üçün vaxt keçirməyə və digər NPC-lərə kömək falan etməyə başlayıb. Bilməyənlər üçün deyim ki, NPC oyundakı adamlardır. Məsələn, GTA oyunundakı yolda gördüyünüz adamlar süni intellekt alqoritmi ilə işləyən NPC-lərdir. Son yaxınlaşanda əksər insan karyera və lüks yaratmaqdan vaz keçərək, digərlərinə yaxşılıq etməyə başlayıb. Hətta oyunçular öz aralarında söhbət qrupları da yaratmağa başlayıblar. Bir çox oyunçu da davam etməkdə bir məna görməyərək oyunu vaxtından əvvəl tərk edib. Belə demək mümkünsə, in tihar ediblər".

F.Əsədovun sözlərinə görə, bu tədqiqat son yaxınlaşanda insanların necə olacaqlarını çox yaxşı şəkildə bizə göstərir:

"Bir çox insan ümidsizliyə qapılsa da, əksər insanlar daha yaxşı insan olmağa başlayır və sosiallaşmağa önəm verirlər. 

Bu oyun real həyatın gözəl bir analogiyası olsa da, bizim bir avantajımız var. Böyük ehtimalla, bizim sonumuz hələ yaxınlaşmayıb. Yaxşı insan olmaq və sosiallaşmaq üçün zamanımız var. Bu həyatı yaşayın. Tədqiqatlar da göstərir ki, başqalarına yaxşılıq etmək insanın psixoloji sağlamlığı üçün faydalıdır".

Oxşar xəbərlər
OTACI