Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna son sutkada Baxmutda 500 metr irəliləyib, Rusiyanın 141 hərbçisi məhv edilib

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Baxmutda daha 500 metr irəliləyib.

Press.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ölkənin Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, son sutkada bu istiqamətdə Rusiya ordusunun 141 hərbçisi öldürülüb: “Eyni zamanda 220 nəfər yaralanıb, daha 1 hərbçi isə əsir götürülüb. Həmçinin düşmənin 1 tankı, 1 BMP-si, 3 topu, 4 “Orlan” tipli PUA-sı, 3 silah-sursat anbarı məhv edilib”.

Baxmutun Rusiya ordusu üçün prioritet olaraq qaldığını söyləyən S.Çerevatı bildirib ki, buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri onların hücumlarını dəf edir. O, cinahlarda düşmənə ciddi təzyiqlər göstərdiklərini vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi həmçinin Baxmutun tamamilə ələ keçirilməsinə dair Rusiyanın iddialarının tamamilə əsassız olduğunu qeyd edib.

Qeyd edək ki, 8 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

Oxşar xəbərlər
OTACI