Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Artaşat şəhərindəki uşaq bağçalarından birində kütləvi zəhərlənmə olub.

Press.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, 16 uşaq zəhərlənib.

Onlar şəhər tibbi məntəqəsinə yerləşdiriliblər.

Zəhərlənmə əlamətləri uşaqlar evə qayıtdıqdan sonra özünü biruzə verib.

Şəhər xəstəxanasının direktor müavini Qriqor Şadyanın sözlərinə görə, zəhərlənənlərdən 3-ün vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağırdır. O bildirib ki, əsas simptomlar ishal, qusma, qızdırma, halsızlıqdır.

Faktla bağlı Ararat Regional İstintaq İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI