Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

G7 liderləri Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

G7 ölkələrinin liderləri Yaponiyanın Hirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər.

Press.az  TASS-a istinadən xəbər verir ki, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.

Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. Liderlər “Taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir.

G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, G7 Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək. Bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Eyni zamanda G7 Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.

Oxşar xəbərlər
OTACI