Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna Rusiyaya xəbərdarlıq edib: "Krım azad edilənədək partlayışlar təkrarlana bilər" - YENİLƏNİB

18 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Krım azad edilənədək partlayışlar təkrarlana bilər".

Press.az ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. 

Onun sözlərinə görə, Rusiya bu gün Krımda partlayış baş verən dəmiryolundan silah daşınması üçün istifadə edirdi: “Həmin silahlar müharibədə istifadə olunur, Rusiya ordusu həmin silah-sursatla bizim mülki əhalini və infrastrukturu hədəf alır”.

10:07

Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhərində dəmiryolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb.

Press.az  xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 8.20-də Simferopolun Baxçasaray rayonunda baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Məlumata görə, dəmiryolunun Simferopol-Sevastopol hissəsində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra onu ilhaq və öz ərazisi elan edib.

Oxşar xəbərlər
OTACI