Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fırtına Türkiyədə məscidlərin minarələrini uçurdu - VİDEO

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ankarada güclü leysan yağışları yağıb və fırtına olub.

Press.az xəbər verir ki,fırtına nəticəsində bəzi binaların dam örtükləri, məscidlərin minarələri dağılıb.

Saatda 45 kilometrə çatan külək nəticəsində çoxlu ağaclar aşıb.

Etimesqut rayonunda ticarət mərkəzinin damı tamamilə dağılaraq ətrafdakı vətəndaşlara böyük qorxu yaşayıb. Fırtına nəticəsində rayondakı mərkəzi məscidin minarəsi də uçulub. Minarənin parçaların ətrafa səpələnməsi nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həmçinin, Ümitköydəki məscidin minarəsi də uçulub.

Ankara Valiliyi yağış və külək səbəbiylə meydana gələ biləcək mənfi hallara qarşı əhalini xəbərdar edib.

 

Oxşar xəbərlər
OTACI