Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

9 yaşında itkin düşən qız 6 ildən sonra tapıldı - FOTO

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

9 yaşında itkin düşən qız 6 ildən sonra tapılıb.

Press.az xəbər verir ki, hadisə ABŞ-da baş verib.

Belə ki, 9 yaşlı Kayla Unbehaunun qəyyumluğu 2017-ci ildə atası Rayana verilib. Bundan sonra qəzəblənən ana qızını qaçıraraq izini itirib.

Hadisədə mətbuatda geniş şəkildə işıqlandırılıb, hətta onun haqqında televiziya verilişləri də hazırlanıb. Buna baxmayaraq illər ərzində azyaşlını tapmaq mümkün olmayıb.

ABŞ-da yerləşən İtkin və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəz (NCMEC) dünən 6 ildir itkin düşən Kaylanın tapıldığını elan edib.

Hazırda 15 yaşında olan qızın səhhətinin qaydasında olduğu bildirilib.

Polis bildirib ki, Kaylanın anası mağazanın işçisi tərəfindən tanınınb və daha sonra şəxsiyyəti müəyyən edilib.

ABŞ polisi həmçinin vurğulayıb ki, oxşar itmə hadisələrində itkin düşən şəxsin tapılması nadir hadisədir.

Oxşar xəbərlər
OTACI