Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şmıqal: "AŞ sammitində Ukraynaya dəymiş ziyanın reyestrinin yaradılması qərara alınıb"

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Şurasının Reykyavik sammitinin iştirakçıları Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəymiş ziyanın reyestrinin yaradılması haqqında bəyannamə imzalayıblar.

Press.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“İndicə Reykyavikdə Ukraynaya təcavüz nəticəsində dəymiş ziyanın reyestrinin yaradılması ilə bağlı siyasi bəyannamə imzaladıq. İndi reyestrin özünün işləməsini təmin etmək lazımdır ki, zərərçəkənlər öz ərizələrini verə bilsinlər”, - deyə o, teleqram kanalında yazıb.

D.Şmıqalın sözlərinə görə, eyni zamanda beynəlxalq hüquq normalarına uyğun olaraq, o cümlədən Rusiyanın bütün dünyadakı aktivləri hesabına Ukraynaya təzminatın tam ödənilməsini təmin edəcək mexanizm də yaradılmalıdır.

BMT-nin “Qlobal iqtisadi vəziyyət və onun perspektivləri” adlı hesabatına əsasən, BVF-nin kreditlərinə və beynəlxalq maliyyə yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunluq yaşayır. Onun bərpasının dəyəri 411 milyard ABŞ dolları civarında qiymətləndirilir.

Oxşar xəbərlər
OTACI