Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qırğızıstanda terrorçularla polis arasında atışma olub, ölən və yaralanan var - YENİLƏNİB

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi Çuy vilayətinin Dmitriyevka kəndində mədrəsənin ələ keçirilməsi ilə bağlı məlumatı təkzib edib. 

Press.az  “Qputnik Kırğızıstan”a istinadən xəbər verir ki, kənd sovetinin binasındakı silahlılarla “Zülqərneyn” qadın mədrəsəsini zəbt edən silahlılar arasında atışma olub.

Mədrəsənin tələbələri təhlükəsiz yerə təxliyə edilib, hazırda hüquq-mühafizə orqanları tərəfindən iş aparılır.

İlkin məlumata əsasən, zərərsizləşdirilən silahlı Suriyada döyüşlərdə iştirak edib. Onun meyiti hadisə yerindən götürülüb. Silahlının kimliyi barədə məlumat yoxdur. Həmin şəxsin qaldığı evin sahibi onu tanımadığını, evini isə 3 gün əvvəl kirayəyə verdiyini bildirib. Atışma nəticəsində həmin ev yanıb.

11.04

Qırğız Respublikasının Çuy vilayətinin Dmitriyevka kəndində xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində silahlı terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yaralanıb.

Press.az  xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

DİN və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbərləri hadisə yerindədir.

Ərazidə DİN-in əməliyyat-istintaq qrupu fəaliyyət göstərir.

Paytaxt Bişkekə gedən yol güc strukturlarının əməkdaşları tərəfindən bağlanıb. Yerli sakinlər bildirib ki, silahlılar barrikada qurub. Onların insanları girov götürdükləri də ehtimal edilir.

Sosial şəbəkələrdə silahlı qrupun mədrəsəni ələ keçirməsinə dair məlumat yayılıb. Ancaq hüquq-mühafizə orqanları bunu nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Dmitriyevka kəndi ölkə paytaxtı Bişkekdən 30 km aralıda yerləşir.

Oxşar xəbərlər
OTACI