Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nigeriyada silahlılar kəndlərə hücum edib, 29 nəfər öldürülüb

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ngeriyanın Plateau əyalətində silahlı şəxslərin üç kəndə hücumu nəticəsində azı 29 nəfər həlak olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Yerli etnik qrupun nümayəndəsi Filip Pamşak silahlıların bölgəyə gələrək çoxlu sayda sakini öldürdüyünü, evləri yandırdığını bildirib. "Onlar hələ insanlara hücum edirlər. Gərginlik hələ də yüksəkdir və quldurların nəzarətində olan yerlər var, ona görə də insanlar gedib başqalarının öldürülüb-öldürülmədiyini yoxlaya bilmirlər”, - o deyib.

Vilayətin qubernatoru Simon Lalong sözçüsü vasitəsilə verdiyi açıqlamada, təhlükəsizlik qüvvələrinə hücum edənləri həbs etmək üçün göstəriş verdiyini söyləyib.

Oxşar xəbərlər
OTACI