Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenskaya Cənubi Koreyadan kömək istədi

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Cənubi Koreyanın rəhbəri Yun Sok Yeldən hava hücumundan müdafiə vasitələri və texnologiya sahəsində kömək istəyib.

Press.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

“Mən Asiya Liderlik Konfransında iştirak etmək üçün Koreya Respublikasına səfərimə ölkə prezidenti ilə görüşdən başladım. İndi bizim də ölkənin məşhur olduğu texnologiyalarla bağlı köməyə ehtiyacımız var”, - deyə Zelenskaya bildirib.

Bundan əlavə, onun sözlərinə görə, tərəflər hava hücumundan müdafiə sistemləri, eləcə də minatəmizləmə və tibbi avadanlıqların tədarükü məsələsini qaldırıblar.

Oxşar xəbərlər
OTACI