Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaponiya və Çin arasında “fövqəladə müdafiə xətti” istifadəyə verildi

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaponiya hökuməti gözlənilməz vəziyyətlərə qarşı Çinlə “fövqəladə müdafiə xətti”nin işə salındığını açıqlayıb.

Press.az xəbər verir ki, bu haqda Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Çinin müdafiə naziri Li Şanqfu və Yaponiyanın müdafiə naziri Hamada Yasukazu operativ rabitə xətti ilə təxminən 20 dəqiqə danışıq aparıblar.

Səmimi ünsiyyətin davam etdirilməsinin zəruriliyini vurğulayan iki nazir qaynar xəttin gözlənilməz vəziyyətlərə qarşı qarşılıqlı etimadın yaradılmasında mühüm rol oynayacağı barədə razılığa gəliblər.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Banqkokda görüşən Yaponiyanın Baş naziri Kişida Fumio və Çin sədri Si Cinpin müdafiə xəttinin işə salınması ilə bağlı razılığa gəliblər. Sözügedən xətt mart ayında yaradılıb.

Oxşar xəbərlər
OTACI