Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ukraynaya 18 raket atıb, hamısı məhv edilib

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Ukraynaya 18 ədəd müxtəlif tipli raketlə hücum edib, amma həmin raketlərin hamısı məhv edilib.

Press.az  “Report” -a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Donanması İdarəsinin komandanı Nikolay Oleşuk bildirib.

Onun sözlərinə görə, mayın 16-da yerli vaxtla təxminən saat 03.30-da Rusiyanın 6 “MiQ-31K” təyyarəsindən 6 ədəd “Kinjal” “X-47M2”, Qara dənizdən gəmidən 9 ədəd “Kalibr”, yerüstü bazalardan birindən isə 3 “İskender-M” tipli raketlər atıb.

O qeyd edib ki, Rusiya bunlarla yanaşı 6 “Shahed-136/131”, 3 “Orlan-10” və “SuperCam” PUA-lar vasitəsi ilə hücuma edib və kəşfiyyat xarakterli əməliyyat keçirib.

Komandan raketlərin və PUA-ların hamısının məhv edildiyini vurğulayıb.

Oxşar xəbərlər
OTACI