Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: “Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”.

Press.az  “Report”-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O, “Cümhur İttifaqı”nın prezident seçkilərinin ilk sınağından alnıaçıq çıxdığını bildirib: “Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz və fədakarlığınız üçün təşəkkür edirəm”.

R.T.Ərdoğan qeyd edib ki, mayın 14-də əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır.

Mayın 28-də seçkilərin ikinci turunun keçiriləcəyini xatırladan Türkiyə lideri vurğulayıb ki, “Cümhur İttifaqı” siyasətin mərkəzinə milli iradəni, ölkəyə və millətə xidmət və sevgisini qoymuş təşkilatdır:

“İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək, daha çox danışaraq ödəyə bilərik. Türkiyə bizdən xidmət və hərəkət gözləyir. Zəlzələdən əziyyət çəkmiş qardaşlarımız bizdən ən qısa müddətdə yaralarının sağalmasını gözləyir. İnşallah, qarşıdakı günləri ən gözəl və ən səmərəli formada dəyərləndirəcəyik”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Oxşar xəbərlər
OTACI