Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtaliyanın sabiq xarici işlər naziri Luici Di Mayoya yeni vəzifə təyin edildi

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Birliyi (AB) İtaliyanın keçmiş xarici işlər naziri Luici Di Mayonu Körfəz regionuna xüsusi nümayəndə təyin edib.

Press.az xarici KİV-ə İstinadla xəbər verir ki, o, AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellə Körfəz ölkələri ilə AB arasında hərtərəfli və strateji tərəfdaşlığın inkişafında dəstək verəcək.

Hamçinin o, Körfəz ölkələri və müvafiq regional qurumlar arasında dialoqa dəstək verməklə regionun sabitliyi və təhlükəsizliyinə töhfə vermək yollarını axtaracaq. 

Di Mayonun vəzifəsi iyunun 1-də başlayacaq və uzadılmadığı təqdirdə 21 ay davam edəcək.

Qeyd edək ki, Luici Di Mayo 2019-2022-ci illərdə İtaliya Xarici İşlər Nazirliyi vəzifəsində çalışıb.

Oxşar xəbərlər
OTACI