Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə seçiciləri yönləndirən 5 nəfər saxlanılıb

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Siirt bölgəsində 284 məktəbdə qurulan 745 seçki qutusunda Prezident və 28-ci parlament seçkilərində səsvermə keçirilib.

Press.az TRT Haber-ə istinadən xəbər verir ki, mərkəz Şehit Müəllim İsmail Çelik Orta Məktəbində M.A, Hürriyyət İbtidai məktəbində Ç.T., Dadaşlar İbtidai məktəbində Ş.O. ilə M.B. və Fatih orta məktəbində N.S-nin "bəli" möhürü hazır olan seçki bülleteni nümunəsini göstərərək seçiciləri yönləndirdiyi müəyyən edilib.

Vəziyyət təhlükəsizlik qüvvələrinə bildirildikdən sonra şübhəlilər nəzarətə götürülüb.

298 saylı Seçkilərin Əsas Müddəaları və Seçki Reyestrləri Haqqında Qanuna qarşı çıxan şübhəlilər barəsində tədbir görülüb.

Oxşar xəbərlər
OTACI