Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abdullah Gül səs verib

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin keçmiş Prezidenti Abdullah Gül prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Press.az-ın “Report”a istinadən xəbərinə görə, o, xanımı Hayrünnisa Gül ilə birlikdə İstanbulda səs verib.

Sabiq dövlət başçısı səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

A.Gül bildirib ki, demokratiyanın ən vacib anı xalqın iradəsini ortaya qoymasıdır: “Türkiyə zaman-zaman xalqın iradəsinə müraciət edib. Bu gün vətəndaşlıq vəzifəmizi bu formada icra etdik. İnşallah, nəticə xalqımız üçün xeyirli olar. Səsvermənin sakit və qarşılıqlı hörmət mühitində keçməsini arzulayıram”.

Oxşar xəbərlər
OTACI