Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vuçiç istefa verəcəyini açıqladı

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Serbiya prezidenti Aleksandr Vuçiç yaxın günlərdə hakim Tərəqqi Partiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb.

Press.az xəbər verir ki, Vuçiç istefası və digər qərarlarını mayın 27-də partiyanın növbədənkənar toplantısında rəsmən elan edəcək.

“Bir neçə gündən sonra mən daha heç bir siyasi partiyanın sədri olmayacağam. Mən bunu böyük iclasda izah edəcəyəm”, - o bildirib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Aleksandar Vuçiç daha gənc namizədin lehinə partiya sədri vəzifəsindən getməyi planlaşdırdığını bildirib. O, 2012-ci ildən Tərəqqi Partiyasına rəhbərlik edir, 2017-ci ildən isə prezidentdir. 2014-2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb.

Oxşar xəbərlər
OTACI