Türkiyədə bir vətəndaş səsverməyə məşhur film qəhrəmanı “Hörümçək adam”ın geyimində gəlib.
Press.az xəbər verir ki, o səsverdikdən sonra çəkilmiş fotosunu paylaşaraq bunları yazıb:
“Vətəndaşlıq vəzifəmizi yerinə yetirdik. Ölkəmiz üçün xeyirli olsun”.
Onun səsverməyə bu geyimdə gəlməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.