Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya ordusunun yüksək rütbəli komandirləri öldürülüb

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Donetskdə döyüşlər zamanı öldürülüb.

Bu barədə Press.az Rusiya mətbuatına istinadən xəbər verir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumatı təsdiqləyib.

O, qeyd edib ki, Vyaçeslav Makarov Ukrayna ordusunun üçüncü hücumun dəf olunması zamanı ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib.

İqor Konaşenkov həmçinin ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini, polkovnik Yevgeni Brovkonun da döyüşlər zamanı öldürüldüyünü açıqlayıb.

Oxşar xəbərlər
OTACI