Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ukraynada daha 620 hərbçisini itirdi

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 620 hərbçisini və onlarla artilleriya sistemini zərərsizləşdirib.

Press.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyədək 198 880 hərbçisini itirib. Bundan başqa, Rusiya ordusunun 3756 tankı, 7325 zirehli döyüş maşını, 3116 artilleriya sistemi, 308 təyyarə və 294 helikopteri sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Oxşar xəbərlər
OTACI