Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roma Papasından Zelenskiyə gülləkeçirməz hədiyyə

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Roma Papası Fransisk Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Press.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların görüşü 40 dəqiqə davam edib. Görüş zamanı tərəflər arasında hədiyyələr mübadiləsi aparılıb. Roma Papası Zelenskiyə sülh budaqları olan heykəl, Ukrayna prezidenti isə pontifikə Məryəmin gülləkeçirməz lövhədə düzəldilmiş şəklini hədiyyə edib.

Ukrayna lideri 2022-ci ilin fevralında ölkədə müharibə başlayandan bəri ilk dəfə pontifiklə şəxsən görüşüb. Onlar əvvəllər 2020-ci ilin fevralında görüşüblər. Həmin gün Zelenski Vatikanda humanitar vəziyyəti və Donbasdakı münaqişənin sülh yolu ilə həlli yollarını müzakirə edib.

Oxşar xəbərlər
OTACI