Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

31 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 5-dən Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, Ermənistanda süd məhsullarının istehsal edildiyi müəssisələrdə aparılmış yoxlamaların qeyri-qənaətbəxş nəticələri nəzərə alınaraq, “Rosselxoznadzor” Ermənistanın Baytarlıq Xidmətinə aprelin 5-dən etibarən ölkədəki bütün müəssisələrdən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib.

“Rosselxoznadzor”un bəyanatında qeyd edilib ki, tədarükün bərpası Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən asılı olacaq.

Oxşar xəbərlər
OTACI