Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sergey Lavrovun müavini Polad Bülbüloğlu ilə görüşüb

31 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərini müzakirə edib.

Press.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

“Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri konstruktiv şəkildə nəzərdən keçirilib. Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub”, - Rusiya XİN-in məlumatında qeyd edilib.

Oxşar xəbərlər
OTACI