Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkəsində “dəli” ləqəbi alan, NASA-da çalışan dahi türk kim idi? - FOTO

29 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu adamı Türkiyənin baş naziri Adnan Menderes kəşf edib ABŞ-a göndərmişdi. O radarsız raketləri icad edən və NASA-nın ən dəyərli işçisi hesab olunan İrfan Mavrukdur.

Press.az lent.az-a istinadən İrfan Mavruk haqqında maraqlı faktları təqdim edir.

İrfan Mavruk 1940-cı ildə Adanada doğulmuşdu.

Adanada hələ peşə məktəbində təhsil alarkən balaca raketlər düzəldib havaya uçururdu. Elə buna görə başı dərddən açılmırdı, dəfələrlə polis idarəsinə çağırılmışdı. Müxtəlif layihələr hazırlayırdı, lakin kimsə başa düşmür və qəbul etmirdi. Bir gün məktəbdə fizika dərsində atomla bağlı danışdıqları müəllimin diqqətini çəkir və o bu barədə şəhər rəhbərliyinə xəbər verir. Xəbər qəzetlərdə yayılır, hətta o vaxtkı baş nazir Adnan Menderesə qədər gedib çatır.

O, İrfanı "Dolmabahçe" sarayına dəvət edir. Oğlanın çox istedadlı və üstün zəkalı biri olduğunu söyləyən alimlər onu dövlət xətti ilə ABŞ-a üstün zəkalı şagirdlərin təhsil aldığı xüsusi məktəbə göndərirlər. 1959-cu ildə İrfan xüsusi test imtahanları verərək Kolombiya Universitetinə (ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən özəl ali təhsil müəssisəsi) daxil olur. O, Hyustonda nüvə təcrübələri aparılan məzkəzə xüsusi maaşla dəvət olunur və işləməyə başlayır.

İrfan kosmosa göndərilən raketlərin hansı səbəblərlə partladığını araşdırır və bunun qarşısını almaq üçün həll yollarını təqdim edir. Universitet təhsilini başa vurduqdan sonra gizli silahlar hazırlayn xüsusi məkəzdə, nüvə silahlarının detallarını hazırlayan xüsusi zavodda işləyən İrfan Mavruk kosmosda atom yükünü hesablayan cihaz hazırlayır. Onun ən böyük kəşfi isə yerdən idarə edilmədən kosmosda fəaliyyət göstərə bilən ağıllı raketlərin icadı idi. NASA İrfan Mavrukun fəaliyyətini yüksək qiymətləndirib, onu xüsusi mühafizə altına almışdı.

İrfan Mavruk 2010-cu ildə 69 yaşında Nyu-Yorkda ürək tutması nəticəsində vəfat edib. O illərdə Türkiyədə çıxan qəzetlərdə İrfan Mavruk haqqında ABŞ-da xüsusi qanun çıxarılmasından və onun gizli polis qüvvələri tərəfindən qorunmasından yazılmışdılar.

Öz ölkəsində  hər kəsin "dəli" adlandırdığı dahi ömrü boyu və hətta ölümündən sonra Amerikada xüsusi şərəfə layiq görülüb.

Oxşar xəbərlər
OTACI