Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda azərbaycanlı deputat seçildi - FOTO

29 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan Parlamentinin Məclisinə (aşağı palata) seçkilər başa çatıb. Seçkilərdə hakim "Amanat" Partiyasının sədri Erlan Koşanov parlamentin aşağı palatasına sədr seçilib.  

"Amanat" Partiyasından deputat mandate alan parlamentarlardan biri də həmyerlimiz, əslən Qubadlı rayonundan olan, gənclik illərindən Şimali Qazaxıstan vilayətinin Petropavlovsk (Kızıljar) şəhərində fəaliyyət göstərən Gülağa Mais oğlu İldırımovdur.  O, bundan əvvəl 4 çağırış Şimali Qazaxıstan vilayəti Məsləhətinin deputatı olub.

Press.az xəbər verir ki bu barədə modern.az-a jurnalist Aida Eyvazlı məlumat verib.

“Gulağa İldırımov uzun illər həm də Petropavlovsk şəhərində “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin sədri olub.

O, hər zaman Azərbaycana bağlılığı ilə seçilib, yaşadığı və faəliyyət göstərdiyi şəhərdə də nüfuzlu ictimai-siyasi xadim sayılır”,- deyə həmkarımız bildirib.

“Şimali Qazaxıstan vilayətindən “Amanat” Partiyasının tərkibində seçki marafonuna 35 namizəd qatılmışdı. Sonda qalib gələn 9 nəfərin arasında özümü görmək məni çox sevindirdi. Görünür, şəhərin və vilayətin insanları mənə inanırlar. Bu inamı, etibarı yenə də doğrultmağa çalışacam. Görəcəyim işlərdən biri də sülhə və əmin-amanlığa nail olmaq, xalqlarımız arasında dostluq körpülərini qorumağa çalışmaqdır”, - deyə Gülağa İldırımov Aida Eyvazlıya açıqlamasında söyləyib.

Oxşar xəbərlər
OTACI