Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xarkov yenidən raket hücumuna məruz qaldı

28 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya qoşunları Xarkov vilayətinin Bohodukhiv şəhərinə S-300 raketləri ilə hücum edib.

Press.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Xarkov regional hərbi idarəsinin rəisi Oleh Syniehubov "Telegram"da yazıb.

 

"Düşmən yenidən Xarkov vilayətində mülki əhalini vurur. Bu gün Bohodukhiv şəhərinə düşmənin iki raketi, ehtimal ki, S-300-lər düşdü", - deyə o qeyd edib.

"Təcili yardım xidməti hadisə yerindədir. İlkin məlumatlara əsasən, tələfat yoxdur. Dağıntının miqyası barədə məlumat dəqiqləşdirilir. Yeni hücumlar mümkündür" - Syniehubov bildirib.

Qeyd edək ki, Xarkov fasiləsiz olaraq, Rusiya tərəfindən raket hücumlarına məruz qalır.

Oxşar xəbərlər
OTACI