Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada "Microsoft" barədə araşdırma başladı

28 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyanın rəqabət agentliyi Federal Kartel İdarəsi "Microsoft"un bazar gücü ilə bağlı araşdırmaya başlayıb.

Press.az NTV-yə istinadən xəbər verir ki, Federal Kartel Agentliyi (The Bundeskartellamt) açıqlamasında bildirib ki, araşdırmada məqsəd "Microsoft"un bazar miqyasında rəqabət üçün müstəsna əhəmiyyət kəsb edən şirkət kimi təyin edilib-edilməyəcəyini müəyyən edilməsidir.

Almaniya Federal Kartel Ofisinin rəhbəri Andreas Mundt "Microsoft"un ənənəvi olaraq Windows və Office proqramlarında, əməliyyat sistemlərində və ofis proqramlarında güclü mövqeyə malik olduğunu vurğulayıb.

Mundt qeyd edib ki, əgər "Microsoft"un bazar miqyasında rəqabət üçün böyük əhəmiyyət kəsb etdiyi aşkar edilərsə, bu, onlara rəqabəti təmin etmək üçün erkən tədbirlər görməyə imkan verəcək.

2022-ci ilin yanvarında Federal Kartel Agentliyi Google-un ana şirkəti Alphabet-i bazar miqyasında rəqabət üçün vacib olduğunu demişdi.
2022-ci ilin mayında "Facebook"un sahibi Meta və 2022-ci ilin iyulunda "Amazon"da sözügedən təsnifata daxil edildi.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Almaniyada rəqəmsal şirkətlərlə bağlı antiinhisar qanununa dəyişikliklərin qüvvəyə minməsi ilə Federal Kartel Ofisinə şirkətlərin bazarda üstünlüyünü müəyyən etmək və müəyyən rəqabət əleyhinə təcrübələri qadağan etmək üçün daha böyük səlahiyyətlər verilib.

Oxşar xəbərlər
OTACI